"Argus" qlobal beynəlxalq qiymət agentliyi baş tərəfdaş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə 2017-ci ildə Azərbaycanda "Argus Beynəlxalq Neft Sammiti"ni təşkil edəcək.
Agentlikdən "Report"a verilən məlumata görə, sammiti oktyabrın 12-13-də Bakıda keçiriləcək.Sammit Xəzər regionunda əsas hadisələrdən biri olacaq və öz platformasına son hadisələrin və yaxın gələcəkdə onların inkişaf perspektivlərinin təhlili üçün iri neft, nəqliyyat, ticarət, neft emalı və neft-kimya şirkətlərinin top menecerlərini toplayacaq.
"Xəzər hövzəsi ölkələri regionda yeni böyük layihələrin həyata keçirilməsini və təchizatda yeni istiqamətlərin fəal axtarışını nəzərə alaraq, neft, ticarət və nəqliyyat şirkətləri üçün əsas olaraq qalır", - şirkətdən bildiriblər.