Dörd Milli Qəhrəmanımız haqqında məlumat Vikipediyada!

Dörd Milli Qəhrəmanımız haqqında məlumat Vikipediyada! backend

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

İKT.lent.az-ın xəbərinə görə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev və Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediya səhifələrə yerləşdirilib.

Tərcümə işi “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər. Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:

Albert Aqarunov - italyan, fransız, ispan, alman;
Əlif Hacıyev - fransız, ispan;
Əliyar Əliyev - ispan, fransız, alman;
Vəzir Orucov - ingilis, ispan.
Diaspora