Bank xidmətlərindən istifadə edənlərin sayı artır

Bank xidmətlərindən istifadə edənlərin sayı artır backend

Qaziler.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, Dünya Bankının yeni hesabatında Yer kürəsində bank sektoru ilə əhatə olunmayan istifadəçilərin sayının kəskin azalması (20 faiz) bildirilir.

2011-2014-cü illərdə 700 milyon istifadəçi rəsmi bank sisteminə qoşularaq hesaba sahib olub. Son üç ildə hesablara malik bank müştərilərinin faiz göstəricisi 51 faizdən 62 faizədək artıb. Bunun əsasən inkişaf etməkdə olan ölkələrdə texnologiyaların və bank sektorunun inkişafı ilə əlaqədar baş verdiyi bildirilir.

“Maliyyə xidmətlərindən istifadə yoxsulluqla mübarizəyə kömək edə bilər. Biz qarşımıza 2020-ci ilədək planet əhalisinə universal maliyyə xidmətlərinə çıxışı təmin etmək məqsədi qoymuşuq və hazırda bu istiqamətdə ciddi irəliləyişin olduğunu görmək olar. Bu səylər əksər tərəfdaşların - kredit kartlarını buraxanların, bankların, mikrokredit müəssisələrinin, BMT, fondların, ictimai xadimlərin cəlb olunmasını tələb edir. Birlikdə biz qarşıya qoyulan məqsədə nail ola bilərik”, - Dünya Bankının prezidenti Cim Yon Kim bildirib.

Dünya Bankının məlumatına görə, texnologiyaların, o cümlədən mobil ödənişlərin inkişafı bank sektorunun inkişafında həlledici rol oynayır, - "Payspacemagazine” yazır.
Diaspora