Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.
Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.İtaliyanin iqtisadiyyat naziri gələn həftə Azərbaycana səfər edəcək

