Ağalarovun 1.7 milyard dollar borcu var: “Faiz Qərbdəki kimi aşağı olsaydı...” “Crocus Group” şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov bildirib ki, dollar ekvivalentində hazırda cəmi 1.7 milyard kredit borcu var.
Virtualaz.org xəbər verir ki, iş adamı bu haqda RİA Novosti-yə bildirib. Rusiyanın ən iri developerlərindən olan Ağalarovun bildirdiyinə görə, şirkəti “Crocus City” layihəsini faktiki dayandırıb, çünki kredit yükünü artırmaq istəmir. Həmin layihəni reallaşdırmaq üçün “Crocus Group” indiki kredit yükünü iki dəfə artırmalı olardı. Lakin biznesmen bildirib ki, indiki yüksək faizlər şəraitində şirkət kredit yükünü artırmaq istəmir. “Əgər məndə də kredit məzənnəsi Qərbdəki kimi 2.3 faiz olsaydı kredit portfelimi üç dəfə artırardım”-Ağalarov izah edib.
Biznesmen deyib ki, onun şirkəti öz vəsaiti hesabına ancaq mənzil tikib satacaq. Çünki ofis mərkəzlərinə bazarda tələbat yoxdur.