Rusiya və ABŞ prezidentlərinin görüşü bu ilin iyul ayında keçiriləcək. APA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı təsdiqləyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla belə hazırda görüşlə bağlı konkret detalların olmadığını bildirib.
"Hələlik hansısa konkret müddət yoxdur. Bu ilin iyul ayında Almaniyada G 20 sammiti keçiriləcək. Orada prezidentlər bu və ya digər şəkildə görüşəcəklər. Lakin bildiyiniz kimi, görüşün daha tez keçirilməsinin mümkünlüyündən söhbət gedirdi. Hələlik bu barədə konkretlik yoxdur", - deyə o vurğulayıb.