Slovakiya təşkilatı da ermənilərin Bakıya gəlişini dəstəklədi

Slovakiya təşkilatı da ermənilərin Bakıya gəlişini dəstəklədi backend

Slovakiyanın “Active Youth” təşkilatının sədri Peter Kraçala Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub. Virtualaz.org Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətinə istinadən bildirir ki, bununla əlaqədar P. Kraçala bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu bəyan edirəm. Lakin bu məsələnin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəsləyərək həllinin mümkün olduğunu düşünürəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə öz dəstəyimi bildirirəm. Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəklində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, sədri olduğum təşkilat adından, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
Diaspora