Sabirabadda uzun illərdir kirayələrdə qalan Qarabağ əlilinə qarşı qanunsuzluq

Sabirabadda uzun illərdir kirayələrdə qalan Qarabağ əlilinə qarşı qanunsuzluq backend

Sabirabad rayon sakini, amma uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə qarşı daha bir özbaşınalıq edilib.

Sabirabad rayon icra hakimiyyəti tərəfindən Z.Ağayevə ev tikilməsi üçün ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi zəbt edilib.

Bu barədə Z.Ağayev özünün facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Sabirabad rayonunun İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsi elə əslində qəsdən başqa adama zəbt etdirilib. Hazırda orada tikinti işlərinə başlanıb.

O, bütün bu işlərin başında 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovun qohumu, rayonun keçmiş memarı Ağarəhim və “Avtobaza”nın müdiri Seyidəmir adlı şəxslərin dayandığını da qeyd edib.
Bu, Z.Ağayevə qarşı olan birinci haqsızlıq deyil. O, dəfələrlə qanunsuzluqlarla üzləşib.

QAZİLER.AZ saytı Qarabağ əlilinə qarşı edilən qanunsuzluğu araşdırır.

Diaspora