Azərbaycanda bu il 30 mlrd. kubmetrədək qaz hasil olunacağı gözlənilir

Azərbaycanda bu il 30 mlrd. kubmetrədək qaz hasil olunacağı gözlənilir backend

Azərbaycanda 2017-ci il ərzində 29,561 mlrd. kubmetr həcmində təbii qaz hasil olunacağı proqnozlaşdırılır. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Proqnozlara görə, bu il "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 12,762 mlrd. kubmetr, “Şahədniz”dən 10,009 mlrd. kubmetr qaz hasil ediləcəyi gözlənilir.
Bu il üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qaz hasilatı proqnozu isə 6,8 mlrd. kubmetrdir.

Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə 29,367 mlrd. kubmetr qaz hasil edilib ki, o cümlədən 6,267 mlrd. kubmetr SOCAR-ın, 12,426 mlrd. kubmetr AÇG-nin və 10,675 mlrd. kubmetri isə “Şahdəniz”in payına düşür.
Diaspora