Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlıq edə bilər backend

Qazaxıstan İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov turizm sahəsində qarşılıqlı əməkdaşlıq və inkişaf məsələlərini müzakirə ediblər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə M.İqaliyev öz "Facebook" səhifəsində məlumat verib.

Məlumatda qeyd olunur ki, görüş zamanı Astanada keçiriləcək EXPO-2017 sərgisinə turistlərin cəlb olunması məsələləri müzakirə olunub:

“Rəsmi Bakı Astanaya gələn turistlərin sonra Azərbaycana getməsində maraqlıdır. Öz növbəsində, onlar da Azərbaycana gələn turistlərin Qazaxıstana yönləndirilməsi ilə bağlı əməkdaşlıq etməyə hazırdırlar”.
Diaspora