Gürcüstanda larinin sürətlə dəyərdən düşməsi ölkəni maliyyə böhranına aparır. Ekspertlərin rəyinə görə, vəziyyət belə davam edərsə ölkədə sosial vəziyyət daha da kritikləşəcək.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, ötən ilin noyabrdan bu tərəfə lari dollara nisbətən 20 faiz dəyərdən düşüb.Gürcüstan Mərkəz Bankının sabiq rəhbəri Roman Gotsiridzel bildirib ki, dövlətin iqtisadiyyata təsirləri artıb və bu inkişafa mənfi təsir edir: Kiçik sahibkarlar isə deyir ki, hazırkı situasiyada çoxlu sayda kiçik obyektlər bağlanacaq.
Ukrayna böhranı səbəbindən rublun dollar qarşısında əriməsi də Gürcüstan iqtisadiyyatını dərindən sarsıdıb.
Bununla paralel ixrac və gəlirlərin düşməsi, xarici sərmayəçilərin ölkəni tərk etməsi Gürcüstan iqtisadiyyatını hər gün daha da zəiflədir. Larinin dəyər itkisi isə illik inflyasiyanın 5 faizə yüksəlməsinə gətirib çıxardı.