Dolların digər valyutalara qarşı sürətlə dəyər itirməsi neftin bahalaşmasına səbəb olub. APA TV-nin xəbərinə görə, Federal Ehtiyat Sisteminin son şərhlərindən sonra dollar dəyər itirməyə başlayır, ABŞ valyutasının ucuzlaşması neftə əlavə dəyər qazandırır.
Günorta seanslarında “Brent” maraklı neftin bir bareli 56,90 dollardan satılıb ki, bu da 2017-ci ildə qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti də ilin rekordunu yeniləyib. Hazırda hərraclarda WTİ nefti 53,87 dollardan təklif olunur.Federal Ehtiyat Sisteminin şərhləri dolların faiz dərəcəsinin artırılmayacağını göstərir, bu şərhlər digər valyutaların dollara nisbətdə güclənməsi ilə müşayiət olunur. Hazırda neftin qiymətinə təsir göstərə biləcək son vasitə ABŞ-da işsizlik səviyyəsinə və əmək bazarının durumuna dair hesabatdır. Açıqlanacaq rəqəmlər neftin qiymətinin 57 dollar ətrafında sabitləşməsinə səbəb ola bilər.