Rusiya rublu 5-10% bahalaşa bilər

Rusiya rublu 5-10% bahalaşa bilər backend

Rusiyaya qarşı sanksiyalar ləğv edilərsə, Rusiya rublunun məzənnəsi 5-10% həddində yüksələ bilər. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, iqtisadi analitiklərin əksəriyyəti bu fikirdədir.

Daha az inandırıcı ssenari baş verdiyi təqdirdə, rublun möhkəmlənməsi 1-5% arasında ola bilər. Analitiklərin 41%-i belə düşünür.

Lakin ən inandırıcı ssenariyə görə, sanksiyaların ləğv ediləcəyi təqdirdə ABŞ dolları 55-57 rubl səviyyəsinə qədər enə bilər. Bunu “Bank of America Corp.” Analitikləri bildirib.

“Societe Generale”də isə hesab edirlər ki, Rusiyaya qarşı iqtisadi təzyiqlər aradan qalxarsa, dolların məzənnəsi 50 rubldan da aşağı düşəcək.
Diaspora