Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.
QAZİLER.AZ-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilib və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Bakıda güclü yanğın: 4 nəfər zəhərləndi, 30 nəfər təxliyə olundu

