Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinə 310,6 min sorğu daxil olub. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.
Publika.az Mərkəzi Banka istinadən bildirir ki, sorğuların 93,3%-i banklardan daxil olub. S Kredit tarixçəsi ilə maraqlanan sadə vətəndaşların sayı isə 6 dəfə artaraq 20,8 min olub. Cari ilin 2 ayın yekunlarına əsasən reyestr xidmətində 2 milyon 367 min borcalan haqqında məlumat toplanıb. Bu, əvvəlki ilə nisbətən 17,4% artım deməkdir. Borcalanların böyük hissəsi - 2 milyon 335 mini fiziki şəxslərdir. Son bir ildə kredit alan fiziki şəxslərin sayı 17,4% artıb. Hüquqi şəxs borcalanların sayı isə 10,9 mindir. Son bir ildə onların sayı 6,1% artıb. Son bir ildə Azərbaycanda kredit götürənlərə zaminlik edənlərin sayı da kəskin artıb. Yanvar ayının yekunlarına görə, ölkədə 1 milyon 89,6 min nəfər zamin var.Son bir ildə kredit alan şəxslərin sayı artıb

