27 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Qaynarinfo.az-a verilən xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1, 9165 səviyyəsində formalaşıb. Bu gün hərraca 25 milyon dollar çıxarılıb.Xatırladaq ki, son hərracda ABŞ valyutasının məzənnəsi 1.9052 manat müəyyən olunmuşdu.