Şirkətdən "Bazarstore"daki balıq qalmaqalı ilə bağlı açıqlama

Şirkətdən "Bazarstore"daki balıq qalmaqalı ilə bağlı açıqlama backend

Esmiralda Şıxamirova adlı şəxs noyabrda "Bazarstore"da iylənmiş balıq haqqında videonu çəkərək sosial şəbəkələrdə yayıb. Sözügedən video böyük ajiotaja səbəb olub.

Qaziler.az xəbər verir ki, "Aqro İnvest və İstehsalat" MMC-nin satış meneceri Adnan Orucov məsələ ilə bağlı açıqlama yayıb.

"Aqro İnvest və İstehsalat" MMC olaraq bildiririk ki, Esmiralda Şixəmirovanın dedikləri doğru deyil. Çünki bizim firmada keyfiyyətsiz və ya yararsız heç bir məhsul yoxdur. Esmiralda Şixəmirovanın dedikləri də tamamilə əsassızdır və şirkətin işgüzar nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Həmin hadisə baş verən an dərhal "Aqro İnvest və İstehsalat" MMC-nin rəhbərliyi tərəfindən həkim, baytar və mütəxəssislərdən ibarət komissiya təşkil edilib və Esmiralda Şixəmirovadan orada gözləməsi xahiş edilib. Məsələnin tam düzgün araşdırılması üçün onun özünün də orada olmasının vacibliyi diqqətə çatdırılıb. Lakin Esmiralda Şixəmirova komissiyanı gözləməyərək oradan uzaqlaşıb. Video kadrlardan da görünür ki, həmin xanım, "Mənə deyiblər, çək, mən də çəkirəm" ifadəsini işlədir. Buradan da görünür ki, o kimlər tərəfindənsə firmamızın işgüzar nüfuzuna zərbə vurmaq üçün öyrədilərək göndərilib. İstər satış obyektlərimiz, istərsə də anbarlarımız hər kəsin üzünə açıqdır. İstənilən şəxs məhsullarımızla maraqlana bilər"

Milli.Az
Diaspora