Cəbrayıl rayonunun Çaxırlı inzibati ərazi vahidliyində yerləşən Cocuq Mərcanlı kəndi 2016-cı ilin aprel ayında dördgünlük müharibə zamanı işğaldan azad olunub.
Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamından sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları ərazidə təmizlik, təhlükəsizlik və kəşfiyyat işlərinə başlayıb. Kəndin ərazisi mina və partlamamış silah sursatlardan təmizlənilir.QAZİLER.AZ "Report"un Qarabağ bürosunun Cocuq Mərcanlı kəndində hazırladığı fotoreportajı təqdim edir.