Azərbaycanda meşə və qeyri-meşə sahələrinin bərpa məqsədi ilə icarəyə verilməsi müddətinin uzadılması təklif olunur. Trend xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunan Meşə Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, bu ərazilərin 1 ildən 49 ilədək icarəyə verilməsi nəzərdə tutulur.Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, meşə və qeyri-meşə sahələri sahibkarlara i 1 ildən 10 ilədək icarəyə verilə bilər.