25 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Mərkəzi Bankdan “Marja”ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, bu gün USD/AZN məzənnəsi 1.8559 manat səviyyəsindədir. Beləliklə, Dollar Manat qarşısında daha 2,6% bahalaşıb.