“Microsoft” şirkəti personalından 700 nəfəri ixtisar edəcək. İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, ixtisarlar bu həftə həyata keçiriləcək. Həftə ərzində şirkət bu rübün fəaliyyəti haqqında məlumatları açıqlamağı planlaşdırır. Bildirilir ki, ümumilikdə “Microsoft” korporasiyası 2 850 nəfər əməkdaşını işdən azad etməyi planlaşdırır. Hazırda orada 113 000 nəfər çalışır.
Son məlumatlara əsasən, “Microsoft” ixtisarlarla bağlı planının böyük hissəsini artıq yerinə yetirib. İxtisara əsasən satış, marketinq və digər bölmələrin əməkdaşları düşəcək. Bu, maliyyə problemləri ilə deyil, keyfiyyətli işçilərin artırılması ilə bağıdır.Bildirilir ki, ixtisarlar şirkətin personalına təsir etməyəcək. Onlar hələ də “Linkedİn” saytında vakansiyalar yerləşdirməkdədir.
Qeyd edək ki, “Microsoft” şirkətinin baş direktoru Satya Nadella olarkən daha böyük sayda əməkdaş ixtisara düşmüşdü.