Astanada Suriya danışıqlarının ikinci günü başladı

Astanada Suriya danışıqlarının ikinci günü başladı backend

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci günü başlayıb. Danışıqlar Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə davam etdirilir.

Görüş öncəsi BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Mistura nikbin əhval-ruhiyyədə olduğunu bildirib.

Qeyd edək ki, Astanada Suriya münaqişəsinin nizamlanmasına dair ilk görüş dünən keçirilib.(azvision.az)
Diaspora