“Kiberhücumlar 5-ci maddənin tətbiqinə səbəb ola bilər” - NATO-dan xəbərdarlıq

“Kiberhücumlar 5-ci maddənin tətbiqinə səbəb ola bilər” - NATO-dan xəbərdarlıq backend

“NATO təhlükəsizlik sahəsində yeni təhdidlərə adaptasiya olunur, xüsusən kiberhücumlardan müdafiəyə böyük diqqət ayrılır”. İKT.lent.az-ın xəbərinə görə, bu sözləri Davos Forumunda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, kiberhücumlar silahlı hücumlar qədər təhlükəli və ciddi ola bilər. Y. Stoltenberq bəyan edib ki, ciddi kiberhücum baş verəcəyi halda, NATO-nun kollektiv özünümüdafiəni nəzərdə tutan 5-ci maddəsinin həyata keçirilməsi mümkündür: “Biz qərara gəlmişik ki, kiberhücumlar 5-ci maddəni işə salmağa gətirib çıxara bilər. Bu isə adi silahlı hücum zamanı olduğu kimi, bütün alyans tərəfindən cavab verilməsini nəzərdə tutur”.

Qeyd edək ki, Y. Stoltenberq 2016-cı ildə NATO sistemlərinə qarşı kiberhücumların sayının 60% artdığını söyləyib.
Diaspora