Səhiyyə Nazirliyi 2016-ci ildə toksikoloji zəhərlənmə hallarının statistikasını açıqlayıb. Nazirlikdən BakiPost.az-a verilən məlumata görə, statistic göstəricilər 2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə hallarının azaldığını göstərir: "Əgər 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib”.
Qurumdan o da bildirilib ki, müraciətlərin 32,8 faizi lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21 faizi dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1 faizi yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.