Dünya bazarlarında neftin qiyməti açıqlanıb.
Bu barədə Qaziler.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,29% ucuzlaşaraq bir barelə görə 55,70 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,13% bahalaşaraq 52,44 dollara satılıb.
Qeyd edək ki, bununla belə, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 55,63 və 52,51 dollar olmuşdu.