Çinin neft asılılığı artır

Çinin neft asılılığı artır backend

Çinin idxal etdiyi neft 2016-cı ildə 65%-ə qədər artıb. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında CNPC şirkəti yanındakı İqtisadi Texnologiyaların Tədqiqatı İnstitutunun direktor müavini Çzyan Syuefen söyləyib.

“2017-ci ildə Çinin neft idxalı tələbat həcminin artım tempi ilə əlaqədar çoxala bilər. Pekinin xarici karbohidrogenlərdən asılılığı artacaq”, – deyə, o bildirib.

Qeyd edək ki, Çinin 2016-cı ildə neftə tələbatı 2,8% artıb. Nəticədə ölkənin tələbatı 556 milyon tona çatıb.
Diaspora