Bu gün Bakıda TANAP-la bağlı saziş imzalanır

Bu gün Bakıda TANAP-la bağlı saziş imzalanır backend

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun Azərbaycana səfəri başlayıb. Report xəbər ki, bank rəsmisi Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə müvafiq sazişi imzalamaq üçün Bakıya gəlib.


Hökumətdəki mənbələrdən isə bildirlib ki, saziş bu gün imzalanacaq. Sənədi WB tərəfindən M.Tembon, Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayacaqlar.

M.Tembonun səfəri sabah bitəcək.

Qeyd edək ki, 2016-cı il dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alacaq.

Xatırladaq ki, WB-nin Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA - Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.
Diaspora