Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” hərəkatı çərçivəsində Suriyanın şimalında əməliyyat keçirib. Axar.az xəbər verir ki, hərəkatın 146-cı günündə İŞİD-ə aid 180 hədəf vurulub, 18 terrorçu məhv edilib.
Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr Əl Babda 8 İŞİD hədəfini bombardman edib. Hava əməliyyatı nəticəsində 5 bina, 1 qərargah və bomba ilə yüklənmiş 2 maşın partladılıb.Türk qırıcıları İŞİD qərargahını dağıtdı

