Azərbaycana xaricdən idxal olunan "AI-95” Premium markalı benzinin qiymətində artım baş verib. Lent.az-az xəbər verir ki, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.
"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi "AI-92” markalı benzinə şamil edilməyib.
"AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
"AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.