Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu günlərdə Böyük Millət Məclisində baş vermiş dava-dalaş zamanı burnu sınan millət vəkili Fatih Şahini ziyarət edib.
Lent.az "İxlas" xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti ölkə konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr zamanı baş verən davada xəsarət alan deputatın evinə gedib və təxminən bir saat müddətində onunla söhbət edib.