Bu gün aprel Şəhidimiz Fəxrəddin Seyfəddin oğlu Qurbanlının doğum günüdür. Şəhid əsgərimiz 1994-cü il yanvarın 13-də dünyaya göz açıb. Binəqədi rayonunda yerləşən 179 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Sosial iş fakulitəsinə 480 balla daxil olub.
Universiteti bitirdikdən sonra 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Aprel döyüşləri zamanı Şəhid olan Fəxrəddin aprelin 9-da Mehdiabad qəsəbəsindəki qəbristanlıqda öz babasının yanında dəfn edilib.

QAZILER.AZ moderator.az-a istinadla bildirir ki, Fəxrəddin evin tək oğlu idi, ondan sonra ailənin bir qız övladı var. Bu gün Fəxrəddinin 23 yaşı tamam olur. Allah Şəhidlərimizə rəhmət eləsin.


Şəhidimiz haqda geniş yazını bu linki tıklamaqla oxuya bilərsiniz: (moderator.az/news/144513.html)