Dünya bir neçə illik krizisdən sonra, iqtisadi düzənini qurduğu dönəmdə, Azərbaycan tipli dövlətlərdə bu proses hələ ki, ilkin mərhələsindədir. Məsələnin ən qəribə tərəfi isə hökumətin mövcud duruma müşahidəçi mövqeyidir. Ölkədə baş verən prosesin sonrakı mərhələsi ilə bağlı suallarımıza Qarabağ qazisi Elşən Quliyev cavab verir:
-Ölkədə dolların üzən məzənnəyə keçdiyi bir dönəmdə millətin mövcud iqtisadi vəziyyətə biganə münasibəti düşünə bilən insanların ciddi təəccübünə səbəb olur. Banklar tərəfində dolların kütləvi yığımı olduğu halda, satış demək olar ki, tam dayandırılıb. Nədən? Ərzaq mallarının hiss ediləcək qədər qiymətlərinin qalxması, tikinti materiallarında ciddi qiymət artımlarının az qala hər gün şahidi oluruq. Bütün qiymət artımı fonunda deyə bilərəm ki, dolların sürətlə dəyər qazanması, əslində satışı minimuma endirir. Dolların dünyada faiz dərəcəsinin artdığı dönəmdə manatın dəyərdən düşməsi əslində prosesə adekvattdır. Nəyə görə Azərbaycanda başqa dövlətlərə nisbətən dolların dəyər qazanması xaotik xətlə hərəkətdədir? Bu prosesin olduqca sadə səbəbi var.Ölkədə dolların satış dəyərini məhz qara bazar müəyyən edir. Çünki bu valyutanın yeganə alış nöqtəsi də məhz qara bazardır. Hökumətin, konkret oaraq Milli Bankın müəyyənləşdirdiyi rəqəmlər yalnız rəsmi statistika üçündür.
Reallıqda isə yuxarıda qeyd olunduğu kimi ərzaq və qeyri - ərzaq mallarının qiymətlərinin artması bu konteksdən qaçılmazdır. Gündəlik təlabat mallarının böyük bir hissəsi xarcdən idxal edilir. Malların ölkə xaricindən alışı, ümumiyyətlə idxal prosesində tələb olunan pul vahidi dollar olduğu üçün bu prosesi həyata keçirən fiziki şəxs valyuta mabadiləsi üçün qara bazara üz tutur.
Birincisi, dolların qara bazarda alış qiymətinin Mərkəzi Bankın müəyyən etdiyindən kifayət qədər fərqli və baha olması ilə əlaqədar idxal edilən məhsul da avtomatik yuksək qiymətlə gömrükdən ölkə hüdudlarına daxil olur. İkincisi məhsul ölkəyə daxil olduqdan sonra həmin günün kursu ilə qiymətlər ölkə qanunlarına əsasən manatla müəyyən edildiyi üçün növbəti günlərdə dolların təkrar dəyər qazanması manatın dəyərinin təkrar itməsi ilə müşahidə edilir.
Proses sahibkarı həmin gün üçün müəyyən etdiyi qiymətlə bağlı növbəti dəyişikliyə məcbur edir. Hesab edirəm ki, mövcud situtatsiyanın dəyişmədən davam etməsi fonunda hələ uzun müddət növbəti qiymət artımlarına şahidlik edəcəyik. İqtisadi tənnəzzülün davam etdiyi vaxtda xalqın olduqca az qisminin əlində kiçik məbləğdə dollar var. Sadə insanlar valyuta dəyişmə məntəqələrinə yalnız “ehtiyacları olduqda” müraciət edirlər. Məhz bu konteksdən yanaşdıqda hələ ki, vətəndaş nəyin baş verdiyinin fərqində deyil.
Əhalinin böyuk kəsimi isə dövlətin və özəl müəssisələrin manatla verdiyi ayliq məvaciblərlə dolandıqları üçün duşunurlər ki, onsuzda əldə və ehtiyatda dollarımız yoxdur. Yəni bu zehniyyyət hansı valyutanın qalxması və ya əksinə dəyişməsinin məhz ona aidiyyatının olmadığı qənaətindədir.
Ançaq insanlarımız artıq fərqində olmalıdırlar ki, artıq bu proses onlarin aldığı aylıq məvaçıblərin dəyərdən düşməsinə böyuk təsir göstərir. Dolların manatla rəqabəti dəyər qazandıqca, ayliq məvaciblər dəyər itirir. Və bəzi deputatlarin dediyi kimi “az yemək”, köhnə paltar geymək” və “ ayağı yorğana görə uzatmaq” məcburiyyətində qalacaqlar.
Görəsən xalqın millət vəkili olduğunu iddia edən deputat nədən yaxşı yaşamaq haqqı olan xalqına özünə rəva görmədiklərini tövsiyyə edir? Nədən qanun istehsalı ilə məşğul olan Milli Məclisdə ölkənin iqtisadi krizisindən çıxması üçün obyektiv müzakirələr təşkil edilmir? Nə vaxta qədər dövlətin məhz bu qolu notarial kontor funksiyasını yerinə yetirəcək?