Rusiyanın neft şirkətləri yanvarın 6-na olan hesabata əsasən neft hasilatını dekabrın 29-u ilə müqayisədə 1,2% və ya 158 min barel azaldıb. "Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi açıqlama yayıb. Məlumata görə, dekabrın 29-na 1,529 mln. ton və ya 11,437 mln. barel olan gündəlik neft hasilatı yanvarın 6-da 1,508 mln. ton və ya 11,279 mln. barel təşkil edib.
Qeyd edək ki, noyabrın 30-da Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin neft bazarını tənzimləmək məqsədilə hasilatı azaltmaq barədə anlaşmasına görə, Rusiya gündəlik neft hasilatını 300 min barel azaltmaq barədə öhdəlik qəbul edib. Energetika naziri Aleksandr Novak Rusiya neft şirkətlərinin hasilatı yanvarda 50 min barel, martda 200 min barel, aprel-may aylarında isə 300 min barel azaldacağını açıqlasa da, yanvarın 6-na olan hesabatda Rusiyanın gündəlik hasilatı artıq 158 min barel azaltdığı müşahidə edilir.