Azərbaycanda xarici valyutaların məzənnəsində müəyyən dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1,0537-dən 1.0514-ə qədər ucuzlaşıb.Avronun məzənnəsində də azalma qeydə alınıb.
Belə ki, 1 avro 1.1161-dən 1.1106-ya qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda isə əksinə, bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0197-dən 0.0202-yə qədər bahalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.