Neftin qiyməti ilin rekordunu vurdu - SON HƏRRAC

Neftin qiyməti ilin rekordunu vurdu - SON HƏRRAC backend

Bu gün dünya birjalarında keçirilən hərraclarda neftin qiyməti artım tempi nümayiş etdirib. Lent.az "Bloomberg"ə istinadən xəbər verir ki, London birjasında "Brent" markalı neftin qiyməti bu il ilk dəfə olaraq 57 dolları keçib. 2015-ci ilin iyul ayından sonra ilk dəfədir ki, "Brent" neftinin bir barelinin dəyəri 57 dollarlıq səviyyəni keçir.

Qərbi Texas neftinin qiyməti də bahalaşır. WTI markalı neftin bir barelinin dəyəri bu gün 54 dollaradək yüksəlib.
Diaspora