“Bu, ciddi səhvdir“ - Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək

“Bu, ciddi səhvdir“ - Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək backend

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan açıqlamasının həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib.

O qeyd edib ki, "bu barədə eşidib, amma hələ dəqiq əmin deyil": “Əgər təsdiqin tapsa ki, təhqir edib, əlbəttə tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Qarşıdan dekabrın 30-da plenar iclas gəlir və yəqin ki, o iclasda bu məsələ ilə bağlı dəqiq qərar veriləcək. Amma indiki halda hələ ki, hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”. A.Abıyev onu da bildirib ki, əgər həqiqətən A.Şahverdiyev müsahibəsində təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

eyd edək ki, deputat Astan Şahverdiyev mətbuata açıqlamasında Biləsuvarda məskunlaşan köçkünlərlə və Rusiyaya işləməyə gedəna zərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.
Diaspora