Bakıda qanunsuz valyuta mübadiləsi həyata keçirən şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qnyaz Mamedov rayon ərazisində 200 ABŞ dollarını qanunsuz satdığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 148 manat cərimə edilib.Araşdırma aparılır.