Türkiyədə rusiyalı səfir Andrey Karlova qarşı təşkil olunan sui-qəsdi "Ceyş əl-Fəth" qruplaşması öz üzərinə götürüb.
BakiPost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilat bununla bağlı bəyanatı sosial şəbəkədə yayıblar.Bəyanatda səfiri öldürən türkiyəli polis əməkdaşı Mövlud Mərd Altıntaşın bu qruplaşmanın üzvü olduğu qeyd olunub.