Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,01 dollar və yaxud 0,02% azalıb.
Qaziler.az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 56,19 dollara bərabər olub.Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.