Bu gün Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın baş verib.
Qaziler.az Sputnik-Грузия saytına istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” QSC məlumatında bildirilir.Report.az-ın məlumatına görə, hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri gözlənilmədən alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.Həyata keçirilmiş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.