"TANAP layihəsinə maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlar davam etdirilir". Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində bildirib.
"TANAP-a investisiya yatırmaq istəyən bir sıra banklarla danışıqlar aparırıq. Danışıqlarda konkret bir anlaşma əldə olunmayıb. Söhbət 4 mlrd. dollarlıq yatırımdan gedir. Danışıqlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi ciddi maliyyə təsisatları ilə aparılır. Bilirsiniz ki, TANAP-ın səhmlərinin 58%-i "Cənub Qaz Dəhlizi" QSC-yə məxsusdur. QSC-yə məxsus olan səhmlərin 8%-i "SOCAR Turkey Energy A.Ş."-yə satılması da müzakirə predmetidir. Bununla bağlı, artıq danışıqlar aparılır. Yaxın dönəmdə bu əqdin baş tutması istisna deyil", - deyə R. Abdullayev bildirib.TANAP-a kredit cəlb etmək üçün danışıqlar davam etdirilir

