Ləğv prosesində olan bankların qorunmayan əmanətçilərinin diqqətinə

Ləğv prosesində olan bankların qorunmayan əmanətçilərinin diqqətinə backend

Ləğv prosesində olan “DekaBank” KB ASC-nin və “Parabank” ASC-nin qorunmayan əmanətlərinin ödənilməsinə başlanılıb.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Ölkə.Az-a verilən məlumata görə, əmanətçilər ləğv prosesində olan “DekaBank” KB ASC-yə və “Parabank” ASC-yə müraciət etməklə qorunmayan əmanətlərinin 10 min manata qədər hissəsini geri ala bilərlər.

Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.

Ödənişlər ləğv prosesində olan “DekaBank” KB ASC-nin baş ofisinin Müştəri Xidməti şöbəsində, “Parabank” ASC-nin isə baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən filiallarının Müştəri Xidməti şöbələrində həyata keçirilir.

Əlavə məlumat üçün:

Ləğv prosesində olan “DekaBank” KB ASC: (012) 49811 64
Ləğv prosesində olan “Parabank” ASC: (012) 447 10 00
Qaynar xətt: 139
Əmanətlərin Sığortalanması Fondu: (012) 596 65 91 / 92 / 93
Qaynar xətt: 941
Diaspora