"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
"Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir", - deyə baş bankir qeyd edib.“Qara bazar“la rəsmi məzənnə arasında cüzi fərq var“ - Elman Rüstəmov

