Azərbaycan neft hasilatının həcmini sutkada 35 min barel azaldacaq

Azərbaycan neft hasilatının həcmini sutkada 35 min barel azaldacaq backend

OPEK-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 612 min barel azaltmağı qərara alıblar.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya Neft Nazirliyinin "Tvitter" səhifəsində dərc edilmiş məlumatda bildirilir.

12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika – 100 min, Qazaxıstan 50 min, Oman – 45 min, Azərbaycan və Malayziya – hər biri 35 min, Bəhreyn və Ekvatorial Qvineya – hər biri 12 min, Cənubi Sudan – 8 min, Bruney – 7 min, Sudan və Boliviya isə hər biri 4 min barel azaltmağı qərara alıblar.

“Reuters”-in məlumatına görə isə, OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini sutkada 562 min barel azaltmağı qərara alıblar.

Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib.
Diaspora