Prezident İlham Əliyev dekabrın 8-də Sabunçu və Suraxanı rayonlarında yenidən qurulan avtomobil yollarının açılışında iştirak edib.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun və Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışını edib.