Dekabrın 6-da ölkə başçısı tərəfindən gözlənilən fərman imzalandı. Ölkə iqtisadiyyatının 12 istiqamətində strateji yol xəritəsi təsdiqləndi. Fərmanda son dövrlərdə neft gəlirlərinin kəskin azalmasından, mürəkkəb xarici iqtisadi mühitin ölkənin makroiqtisadi və maliyyə sabitliyinə təsir göstərməsindən bəhs olunur. 12 fərqli iqtisadi sahədə tədbiq olunacaq yenilik gələcəkdə bizə nələr verəcək?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru V.Qasımlı qeyd edir ki, Strateji Yol Xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq. Direktor onu da bildirib ki, bu layihənin həyata keçirilməsində Nobel mükafatı laureatı Edward Prescott-dan başlamış ölkənin sıravi fermerlərinə qədər çoxlarının fikri öyrənilib.Milli Məclisin deputatı Musa Quliyev prezidentin sərəncamını qeyri-neft sektorunun gələcək inkişafında vacib amil kimi qiymətləndirib. Deputat deyib ki, dövlət büdcəsinin gəlir və xərclərinin balanslı şəkildə formalaşdırılmasına baxmayaraq azalıb:
"Sözsüz ki, gələcəkdə daha firavan həyatın təmin olunması üçün biz büdcənin artırılması barədə düşünməli olacağıq. Azərbaycan Prezidenti bunu necə etmək lazım olduğunu hökumətə göstərdi - qeyri-neft iqtisadiyyatı vasitəsilə. Hesab edirəm ki, bu kontekstdə kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT və yüngül sənayenin inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Dövlət başçısının ötən gün imzaladığı fərman məhz bu məqsədlərə xidmət edir.
Strateji yol xəritəsinin beynəlxalq dayağı
Milli İqtisadiyyatımızın yol xəritəsi kontekstində bu ilin əvvəlində başlanan səndlərin hazırlığı ilə bağlı tədbirlərə mart ayından başlanıb. Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənəd müvafiq İşçi Qrupunun rəhbərliyi altında yekunlaşdırıldıqdan sonra 12 müxtəlif iqtisadi sahələr üzrə strateji yol xəritəsi təsdiqləndi. Bu ilin iyun ayında isə Bakıda Azərbaycan-BMT arasında imzalanan tərəfdaşlıq sənədinin əsas məqsədi milli inkişaf gündəliyinə dəstək verməkdən ibarətdir. Bu sənəd Azərbaycan üçün çox taleyüklü zamanda imzalanır. Çünki hal-hazırda Azərbaycan hökuməti iqtisadi islahatlar və şaxələndirmə üçün müvafiq yol xəritəsi hazırlayır.
Qeyd edək ki, Strateji Yol Xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəddir ki, bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilir. Strateji Yol Xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edvard Preskottdan başlamış ölkənin sıravi fermerlərinə qədər hamının fikri öyrənilib. Yeri gəlmişkən, Strateji Yol Xəritəsinin ilk açıq ictimai müzakirəsi məhz cəbhə xəttinin yaxınlığında - Ağdam rayonunun Quzanlı qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib. Bu, Strateji Yol Xəritəsinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində həyata keçiriləcəyinə bir daha əminli
Rüfət Soltan
Adalet.az