Qarabağ əlili Səlim Müslümovun müdafiəsinə qalxdı

Qarabağ əlili Səlim Müslümovun müdafiəsinə qalxdı backend

Qarabağ əlili, jurnalist Məğrub Bədəlsoy Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovbağlı yazılarla bağlı müdafiəsinə qalxıb. Onun QAZİLER.AZ saytına daxil olan məktubunu dərc edirik:

“Son günlər sosial şəbəkələrdə, saytlarda əmək və əhalinin sosial müdafiəsi nazirinə qarşı yeni şər-böhtan kampaniyasına başlanılıb. Bu dəfə bir blogger sahibi bilinməyən hansısa yarımçıq tikilinin nazirə aid olduğunu “peşəkar şər-böhtanlıqla” diqqətə çatdırıb və sensasiya axtaran saytlar da görməzə-bilməzə bu videonu səhifələrinə yerləşdiriblər. Elə bundan öncə - 30 il qabaq dünyasını dəyişən bibisinin həyat yoldaşının rayonda mərkəz müdiri, 6 ay qabaq dünyasını dəyişən 90 yaşlı qaynatasının bələdiyyə sədri olmasını - yaydıqları kimi.

Naziri dedi-qodularla rüşvətdə şərləməyə çalışanların diqqətinə çatdıraq ki, 200 min əlilin təkrar müayinə ekspertizası keçirilmədən əlillik dərəcəsi saxlanılıb. Bir nəfərdən 10 manat hesabı ilə götürsək, 2 milyon edir! Halbuki əvvəlki illərdə hər müayinədən keçməyə görə əlil 150-1000 manat arası “tərləməli idi”. Eləcə də Səlim Müslümov nazir keçəndən sonra, ona qədər növbədə dayanan bütün Qarabağ əlilləri avtomobillə - reabilitasiya vasitəsilə təmin olunub və mənzil növbəliliyində qayda yaradılıb. Sadəcə, icra hakimiyyətləri rüşvət qarşılığında mənzil növbəsi məsələsində özbaşınalıq edirlər. Təsəvvür edin, 5 il qabaq mənzil növbəsində 30-cu olan əlil hazırda 68-cidir. İcra hakimiyyətlərinin rüşvətxorluğu o həddə çatıb ki, növbə geriyə addımlayır. Fikrimizcə, bu sahədə də “bir pəncərə” sisteminə keçmək gərəkdir. Başqa sözlə, ƏƏSMN özü növbəyə götürmə səlahiyyətinə də yiyələnməlidir.

Biz obyektiv tənqidə, qınağa qarşı deyilik .Amma qərəzlə, şər-böhtanla kiməsə çirkab - çamur atmaq yolverilməzdir. Onsuz da yapışmayacaq.”
Diaspora