Növbəti ilin büdcəsi: xərclər gəlirdən 7 yüz min çoxdur - Nazirin hesabatı

Növbəti ilin büdcəsi: xərclər gəlirdən 7 yüz min çoxdur - Nazirin hesabatı backend

"Dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat proqnozlaşdırılır”. BakiPost.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclsisin iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, dəyişiklik nəzərə alınmaqla dövlət büdcəsinin gəlirləri 16 255,0 milyard manat məbləğində proqnozlaşdırılıb: "Bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16 900,0 mln. manat məbləğində proqnozlaşdırılır.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği 7 510,0 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1%,çoxdur”.

Nazir deyib ki, Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2 200,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390,0 mln. manat və ya 21,5% çoxdur: "2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər isə 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır.

2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub”.

S.Şərifov əlavə edib ki, növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır: "Təqdim edilmiş məlumatlara əsasən növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirləri hesabına təmin edilən rayon və şəhərlərin sayının 6- dan 33-ə çatdırılmasıdır”.

Nazir həmçinin qeyd edib ki, cari ilin xərcin 2,1 mlrd. manat və ya 17% azaldılmasına nail olunub. Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək.
Diaspora