Samir Şərifov Pakistanın ticarət naziri ilə görüşüb

Samir Şərifov Pakistanın ticarət naziri ilə görüşüb backend

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Pakistan İslam Respublikası ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin öz növbəsində iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.
Diaspora