OPEC-in neft hasilatını dondurmaqla bağlı qərarından sonra dünya birjalarında neft bahalaşmaqda davam edir. BakiPost.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar artaraq 55,06 dollar olub.Beləliklə, Brent markalı neftin qiyməti 16 aylıq aradan sonra 55 dollar həddini ötüb.